“Artistlər Şuşaya getdiyi üçün söyülür...“   - Etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Artistlər Şuşaya getdiyi üçün söyülür...“ - Etiraz

Şou

28 Dekabr 2020 11:41 1450


Müğənni-bəstəkar Murad Arif sənət adamlarının işğaldan azad edilən torpaqlara yollanmasını qınayanlara cavab verib.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan müğənni yazılan irad və tənqidlərin haqsız olduğunu bildirib:

“Çox təzadlı, acıqlı statuslar görürəm. Bəzi adamların haqqına girilir. Çox haqsız iradlar, tənqidlər var. Adam lap özü özündən xoflanır, Vallah. Stres atırsınızsa, halal xoşunuz olsun. Yox, xislət belədirsə, çox heyif. Sadəcə anlayın ki, aramızda vətən xaini yoxdur. Vətən mövzusunda nə baş verirsə, hamımız bir ağlayır, bir yerdə sevinir, gülürük... Allaha and olsun yardımını gizlin edən artist var ki, Şuşaya getdiyi üçün söyülür indi. Olar belə?” pizza

Qeyd edək ki, Murad Arif özü də bir neçə gün öncə  Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Nəzakət Teymurova, Alim Qasımov, Əməkdar artist Sevda Ələkbərzadə və digər həmkarları ilə birgə Şuşaya yollanmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!