“Artistlik edirsən...” - Xoşqədəmin verilişində yenə ara qarışdı, Sərxan əsəbləşdi - Video

saytların hazırlanması

Evə çatdırılma

“Artistlik edirsən...” - Xoşqədəmin verilişində yenə ara qarışdı, Sərxan əsəbləşdi - Video

Şou

06 Fevral 2020 07:50 1682


3 övladını uşaqlar evinə qoymaq istəyən ana “Xəzər TV”də yayımlanan "Səni Axtarıram" verilişinə üz tutub.

Yenisabah.az xəbər verir ki, uşaqlarına baxa bilmədiyini deyən qadını ekspertlər tənqid atəşinə tutub. Verilişdə qonaq olan aktyor Sərxan Kərəmoğlu əsəbləşərək qadına sərt sözlər ünvanlayıb. O, ananı fırıldaqçılıqda, artistlik etməkdə ittiham edib:

“Sən əslində buraya gəlmisən ki, Xoşqədəm xanımdan istifadə edəsən. Sən buradan gedəndən sonra gedəcəksən icra hakimiyyətinin qabağına torpaq istəyəcəksən, daş istəyəcəksən. Onlar sənə “yox” deyəndə “Gedəcəyəm Xoşqədəm xanımın yanına” deyib təhdid edəcəksən. Ona görə bura çıxmısan. Sən uşaqlarından da imtina etmək istəmirsən. Sən dərinliyi aç, söylə. Kimə nə gəlirsən. Biz 35 ildir nələr görmüşük. Sən artistin qabağında artistlik edirsən. Bu, özfəaliyyətdir.  Dominos pizza

Sən Xoşqədəm xanıma edə bilərsən, amma məni aldada bilmirsən. Mən özüm artistəm. Sən 3 manat tapıb başına boya qoya bilirsən. Mən sənin daxilində olan hər şeyi çox gözəl bilirəm. Olmaz, ayıbdır. Bir ana ki, övladını atmaq istəyir, o mənim gözümdə heçdir. Necə yəni övladlarımı atmaq istəyirəm?”

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!