“Biz buna məcbur olduq” – Separatçı rejim rəhbərindən   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Biz buna məcbur olduq” – Separatçı rejim rəhbərindən AÇIQLAMA

Hadisə

10 Noyabr 2020 11:03 6753


“8 noyabr həyatımdakı ən çətin gecə oldu. Bu, 1992-1994-cü illərdə keçirdiyim çox çətin günləri xatırladır”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutyunyan deyib.

“Tarix dünən verilən qərarı necə qiymətləndirəcək, bilmirəm, amma buna məcbur olduq. Niyə? Hər şeydən əvvəl, hərbi vəziyyət baxımından 43 günlük döyüşlər nəticəsində Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut rayonlarını, Martuni, Əsgəran bölgəsinin bir hissəsini və ən əsası Şuşanı itirdik. Pepperoni pizza

Döyüşlər Stepanakert yaxınlığında, 2-3 km məsafədə aparıldı. Hər şey eyni sürətlə davam etsəydi, bir neçə gün ərzində bütün Artsaxı itirmiş olardıq, daha çox itki olardı. Stepanakertin itiriləcəyi təqdirdə Əsgəran və Martuni bölgələrində cəbhə xəttində nələrin baş verəcəyindən danışmaq istəmirəm.

Dünən, son bir neçə saat ərzində Martuni bölgəsində çox böyük insan itkimiz oldu.

Uğur qazana bilmədik, niyə bacarmadıq, bəli, hamımız cavab verəcəyik. Son onilliklərdə vəzifə tutanların hamısı”, - deyə separatçı rejim rəhbəri bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!