Arutunyan itkin hərbçilərin qohumlarını sakitləşdirdi

saytların hazırlanması

Evə çatdırılma

Arutunyan itkin hərbçilərin qohumlarını sakitləşdirdi

Hadisə

17 Dekabr 2020 10:31 1006


Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan Qarabağ müharibəsində itkin düşən hərbi qulluqçuların qohumları ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Aysor.am” yazıb.

Müdafiə idarəsinin başçısı onların narahat olduqları məsələlərə dair fikirlərini, təklifləri dinləyib, Azərbaycan ərazilərində itkin düşən hərçilərin, əsirlərin axtarışı ilə bağlı məsələləri izah edib. Dominos pizza

Vaqarşak Arutunyan itkin hərbi qulluqçuların axtarışlarının davam etdiyini, qaldırılmış məsələlərin Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya sülhməramlıları rəhbərliyindən olan müttəfiqlərlə daim müzakirə olunduğunu iddia edib.

Müdafiə naziri DNT araşdırmaları ilə bağlı problemlərə toxunub. O, bildirib ki, bu istiqamətdə keçirilən işlərin həcmi artıb.

Qeyd edək ki, daha əvvəl itkin düşən erməni hərbi qulluqçuların qohumları iki dəfə baş nazir Nikol Paşinyanla görüşüblər. Hərbçilərin yaxınları Paşinyanla görüşlərdən narazı qalıblar. Onlar Yerevanda etiraz aksiyaları keçirəcəklərini bildirmişdilər. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!