“Arutyunyan özünü Rusiyanın bir hissəsi hiss edir“   - Erməni nəşri

saytların hazırlanması

Evə çatdırılma

“Arutyunyan özünü Rusiyanın bir hissəsi hiss edir“ - Erməni nəşri

Rəsmi

30 Aprel 2022 09:20 657


"Arayik Arutyunyan öz hərəkətlərini kiminlə əlaqələndirir: Kremllə, yoxsa İrəvanla?"

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

Nəşr mövzunu belə davam etdirir: "Ötən gün yazmışdıq ki, Nikol Paşinyan "Artsax" və Ermənistan təhlükəsizlik şuralarının birgə iclası keçirməyi planlaşdırır, məqsədi etirazları yatırtmaqdır.  pizza hut

Onlar bir neçə bəyanat verib "Artsax"dan narahat olan insanların başının altına “yastıq qoyub" deyəcəkdilər ki, guya "Artsax"ın statusu məsələsini Artsax xalqı həll edəcək, Ermənistan hökuməti bölgədən əl çəkməyəcək. 

Bununla belə, son anda Təhlükəsizlik Şurasının birgə iclasını keçirməmək, bir qrup "Artsax" sakinini Ermənistan hökumətində qəbul etmək və Nikol Paşinyanla “Artsax"da davam edən proqramların və mövcud problemlərin həlli yollarını” müzakirə etmək qərara alınıb, o cümlədən dələduzluqda ittiham olunan ərazi idarəsi naziri Hayk Xanumyanın iştirakı ilə.

"Artsax"ın siyasi dairələrində hesab edirlər ki, Arayik Arutyunyan Nikol Paşinyanla sıx əməkdaşlıq edib ona tabe olsa da, o, artıq özünü böyük Rusiya dövlətinin bir hissəsi kimi hiss edir və sözlərini və hərəkətlərini İrəvanla deyil, Kremllə əlaqələndirir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!