Arutyunyan Rusiya hərbi bazasının genişləndirilməsini istəyir

saytların hazırlanması

Evə çatdırılma

Arutyunyan Rusiya hərbi bazasının genişləndirilməsini istəyir

Dünya

22 Fevral 2021 11:59 680


Ermənistan Rusiyanın bu ölkədəki hərbi bazasının imkanlarının genişləndirilməsində maraqlıdır.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan bildirib.

"Rusiyanın Ermənistan Respublikası ərazisindəki hərbi bazasının genişləndirilməsi və potensialının artırılması məsələsi hər zaman gündəlikdə olub. Baza Ermənistan və Rusiya Silahlı Qüvvələrinin Birgə Qoşun Birləşməsinin bir hissəsi olduğu üçün erməni tərəfi həmişə bunda maraqlıdır. Bu səbəbdən bazanın imkanlarının genişləndirilməsi avtomatik olaraq Qafqaz kollektiv təhlükəsizlik bölgəsində ikitərəfli əsasda fəaliyyət göstərən ortaq qrupun potensialının artırılmasına səbəb olur", - deyə Ermənistan müdafiə naziri qeyd edib. Dominos pizza

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi bölgədəki mövcud hərbi və siyasi reallıqları nəzərə alıb və bazanın möhkəmləndirilməsi, yenidən təchiz edilməsi istiqamətində müvafiq addımlar atıb.

"Bu prosesin uzunmüddətli xarakterli olacağına əminəm", - deyə müdafiə naziri əlavə edib.

Nazir Ermənistan ərazisində Rusiyanın ikinci hərbi bazasının yaradılmasına ehtiyac olmadığını da bildirib. (APA)

Qeyd edək ki, Rusiyanın 102-ci hərbi bazası Ermənistanın Gümrü şəhərində yerləşir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!