Arutyunyan Rusiyanın hərbi bazasında olub

saytların hazırlanması

Evə çatdırılma

Arutyunyan Rusiyanın hərbi bazasında olub

Dünya

29 Dekabr 2020 14:03 779


Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan dekabrın 29-da Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasında olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, erməni nazir bazadakı Rusiya istehsalı olan silah və hərbi texnika nümunələri ilə tanış olub. Qeyd edək ki, 102 saylı hərbi baza 1941-ci il dekabrın 29-da Rusiyanın Sverdlovsk vilayətində 1415 saylı atıcı alayının 435 atıcı diviziyası əsasında formalaşdırılıb. Pepperoni pizza

Bu hərbi hissə 1995-ci ildə Ermənistanla Rusiya arasında imzalanan dövlətlərarası müqaviləyə uyğun olaraq Gümrüdə yerləşdirilib. 2010-cu il avqustun 20-də iki ölkənin razılığı ilə müqavilənin müddəti 2044-cü ilədək uzadılıb. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!