Arutyunyan Vardanyana “dövlət naziri” postu təklif etdi

saytların hazırlanması

Evə çatdırılma

Arutyunyan Vardanyana “dövlət naziri” postu təklif etdi

Maraqlı

04 Oktyabr 2022 13:43 1006


Qondarma rejimin rəhbəri Araik Arutyunyan erməni əsilli rusiyalı milyarder Ruben Vardanyana tanınmamış DQR-in “dövlət naziri” vəzifəsini təklif edib.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Araik Arutyunyan öz “Facebook” səhifəsində yazıb. 

“Mən xeyriyyəçi, böyük təcrübə və biliyə malik ictimai xadim, o cümlədən “Artsax”a köçmək qərarını müsbət qarşıladığım Ruben Vardanyana geniş səlahiyyətlər verməyə hazır olmaqla yanaşı ona “Artsax Respublikası”nın “dövlət naziri” vəzifəsini tutmağı təklif etdim.  Dominos pizza

Təklifimlə bağlı onun qərarını gözləyirəm. Ümid edirəm ki, yaxın həftələrdə əməkdaşlığa başlayacağıq və bu barədə daha sonra ətraflı məlumat verəcəyəm.

Təbii ki, bu o demək deyil ki, mən “dövlət naziri” səlahiyyətlərini icra edən Artak Beqlaryanın işini səmərəli hesab etmirəm, lakin mövcud çağırışları nəzərə alaraq, bütün milli səylərin birləşdirilməsini zəruri hesab edirəm”, - deyə Arutyunyan yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!