Arvad-uşağını camaatın qabağına niyə çıxarırdın? - Kamil Zeynallı

saytların hazırlanması

Evə çatdırılma

Arvad-uşağını camaatın qabağına niyə çıxarırdın? - Kamil Zeynallı

Şou

01 Aprel 2024 16:11 623


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Emil Ağayevin məhkəmə prosesi davam etdirilib.

Yenisabah.az "Unikal"a istinadən xəbər verir ki, Emil Ağayev ev tikintisi adı ilə 7 nəfərdən 300 min manata qədər pul alıb.

Cinayət işində idmançı Kamil Zeynallı da zərərçəkmiş qismində tanınıb. Ona qarşı 20 min manatlıq dələduzluq cinayəti əməli törədilib. Ziyan odənilməsə də, idmançı Emili bağışlayıb: "Sən nə qədər pulsuz insanların ümidlərini puç edəcəksən, mən istəmirəm, qoy getsin həbsə". pizza mizza

Təqsirləndirilən isə zərərçəkənə qarşı mülki iddia ilə çıxış edib: "Kamil Zeynallını tanıyandan sonra biznesim çöküb. Kamil Zeynallı şoumendir. O, qaziləri mənim qapıma göndərirdi".

Hakim Kamil Zeynallıdan başqa digər zərərçəkənlərdən onlara qarşı Kamil tərəfindən təzyiq olub-olmadığını soruşdu. Zərərçəkənlər heç bir təzyiq olmadığını bildirdi.

Kamil Zeynallı: "Bunun bir şilləlik canı yoxdur, bu yalan danışır. Arvad-uşağını camaatın qabağına niyə çıxardırdın".

Sonra digər zərərçəkənlər dindirildi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!