Arvadı Əşrəf Hakimidən boşanır

saytların hazırlanması

Evə çatdırılma

Arvadı Əşrəf Hakimidən boşanır

İdman

02 Mart 2023 10:29 1075


Zorlamada ittiham olunan PSJ-nin futbolçusu Əşrəf Hakiminin həyat yoldaşı Hiba Abuk boşanmaq üçün məhkəməyə müraciət edib. 

Yenisabah.az "El Cierre Digital"a istinadən xəbər verir ki, ispaniyalı aktrisanın bu qərarı futbolçunun zorlamada ittiham olunması ilə bağlı deyil. Onların bir neçə həftə əvvəldən münasibələrinin pozulduğu bildirilib. 

Fevralın 27-də keçirilən FİFA-nın mükafatlandırma mərasimində Hakiminin Abuk ilə birlikdə görünməməsi də onların münasibətlərindəki gərginliyə işarə edir.  Dominos pizza

Xatırladaq ki, ötən həftə bir qadın polisə gedərək, Hakiminin ona təcazüv etdiyini söyləyib. Artıq mərakeşli futbolçu ilə bağlı araşdırma başlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!