Arvadı məşhur repçidən ayda 2 milyon dollar aliment tələb edir

saytların hazırlanması

Evə çatdırılma

Arvadı məşhur repçidən ayda 2 milyon dollar aliment tələb edir

Şou

08 Sentyabr 2020 12:37 1133


Dünyaca  məşhur repçi Dr.Drenin həyat yoldaşı repçidən boşanmağa qərar verib. 

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, 24 illik evliliklərini bitirməyə qərar verən cütlük məhkəməyə müraciət edib. 

Nikol Yanq keçmiş ərindən nə az, nə çox ayda 2 milyon dollar aliment tələb edib. O, həmçinin 55 yaşlı Dre-dən boşanma üçün sərf etdiyi vəsaitlərin kompensasiyası kimi də 5 milyon dollar istəyib.   Toyuqlu pizza

Qeyd edək ki, reperin adı son 10 ilin ən varlı musiqiçilərinin sırasında hallanır. 

Dr.Dre kimi tanınan Andre Romell Yanqın sərvəti 950 milyon dollar dəyərində qiymətləndirilir. Onun sərvəti ilk növbədə məşhur “Beats by Dr” qulaqlıqları sayəsində 350 milyon dollar təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!