“Hər şey daxil" verilişinin aparıcısı Tarix Əliyev (Tolik) efir zamanı qalmaqallı açıqlamalar edib.
Yenisabah.az xəbər verir ki, o, kişi duet ortaqlarının xanımlara sevgili nəzərindən yanaşmasından danışıb:
"Bir söz var, onun adını efirdə deyə bilməyəcəm. O söz Azərbaycanın lüğətində də olmasa, arada gəzir. O söz "O" hərfi ilə başlayır, dalın deməyəcəm. O yalnız bizdə var. Nə rusda, nə türkdə, nə o biri, bu birində yoxdur. Bizdə yanımızdakı qadını özümüzü kişi göstərmək üçün "Mənlikdi filankəs" deyirlər. Heç bəlkə də heç nə yoxdur arada. Onun adına ləkə gətirməyə görə istifadə edirlər. Düzdür, çox xanımlar özləri buna "povod" verir. Əgər bu sənətdirsə, arvadın varsa, get arvadının yanına, onun da yoxdursa qoy getsin... Nə məcburdur ki, o səndən bu tərəfdən asılı olmalıdır. Nədir ki, 200 manat pul verəcəksən də hər toydan". Sezar pizza
Telegram kanalımız