Arvadını 5-ci mərtəbədən atan Ramiz Taxveli barədə   QƏRAR VERİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Arvadını 5-ci mərtəbədən atan Ramiz Taxveli barədə QƏRAR VERİLDİ

Kriminal

03 İyun 2020 12:08 3626


Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenisabah.az Trend-ə istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə qərarı elan olunub.

Qərara görə, R.Taxvelinin barəsində olan cinayət işi üzrə icraat dayandırılıb. pizza mizza

Ekspertizanın rəyinə görə, Ramiz Taxveli hadisəni törədən zaman anlaqsız olub.

İttihama görə, 2018-ci il dekabrın 9-da Nəsimi rayonu, R.Behbudov küçəsində yaşayan Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin balkonundan atıb.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı kişinin cinayəti narkotik qəbulu nəticəsində psixi pozğunluq halında törətdiyi müəyyən olunub.

R.Taxveliyə məxsus avtomaşına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib.

O, dekabrın 9-u axşam saat 22 radələrində marixuana qəbul edərək arvadı Adelyanı yuxudan oyadaraq döyüb və işgəncə verib və balkondan aşağı atıb.

Qətlə yetirilən Adelya Taxveli isə “Atəşgah Sığorta” şirkətinin əməkdaşı olub.

İstintaq orqanı tərəfindən Ramiz Taxvelinin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!