Arvadını boğub öldürən ər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Arvadını boğub öldürən ər tutuldu

Kriminal

22 Oktyabr 2021 09:34 860


Oktyabrın 21-i saat 19 radələrində Qaradağ rayonu, Sahil qəsəbə sakini 1990-cı il təvəllüdlü Aliyə Məmmədovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bu barədə Yenisabah.az-a Qaradağ Rayon Prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Vilayət Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aliyə Məmmədovanı məftillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Dördpendirli pizza

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Vilayət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!