Arvadını öldürən ər həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Arvadını öldürən ər həbs edildi

Kriminal

06 Sentyabr 2021 17:54 1444


Sentyabrın 6-da saat 15 radələrində Bərdə rayonu Muğanlı kənd sakini 1997-ci il təvəllüdlü Təranə Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bərdə Rayon Prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Tural Mustafayevin qısqanclıq zəminində Təranə Mustafayevaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Müvafiq ekspertizalar təyin edilib. Sezar pizza

Tural Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Rəsmi məlumata görə, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!