Arvadını öldürən hakimlə bağlı cinayət təqibinin həyata keçirilməsinə razılıq verildi

saytların hazırlanması

Evə çatdırılma

Arvadını öldürən hakimlə bağlı cinayət təqibinin həyata keçirilməsinə razılıq verildi

Kriminal

31 May 2021 21:10 1388


Bu gün Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, iclasda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov barədə cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına baxılıb.

İclasda iştirak edən Baş prokurorun birinci müavini Elçin Məmmədov məlumat verib ki, Pərvanə Əhmədovanın qətli ilə bağlı Baş Prokurorluq tərəfindən başlanılmış cinayət işi üzrə toplanmış materiallara əsasən, onun əri, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov şübhəli şəxs qismində tutulub və barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi üçün Şuraya müraciət edilib. Sezar pizza

Hazırda cinayətin törədilmə səbəbi, şəraiti və iş üzrə digər mühüm hallar araşdırılır.

Məhkəmə-Hüquq Şurasının iclasında təqdimatın təmin edilməsi qərara alınıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!