Arvadını öldürən şəxsin işi məhkəməyə göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Arvadını öldürən şəxsin işi məhkəməyə göndərildi

Kriminal

12 Aprel 2021 18:00 702


2 sentyabr 2020-ci il tarixdə rayon sakini Məmmədova Təranə Həmid qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə Sabirabad rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Sabirabad rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla zərərçəkmişin əri Məmmədov Eyvaz Xeyrulla oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Təranə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. pizza mizza

Eyvaz Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!