Azərbaycanda cəzaçəkmə müəssisələrinin birində intihar hadisəsi olub.
Yenisabah.az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakıda yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada saxlanılan məhkum, 37 yaşlı Hüseynov Zaur Zahir oğlu özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır. Pepperoni pizza
Xatırladaq ki, Z.Hüseynov 2018-ci ildə sərxoş vəziyyətdə keçmiş arvadını döyüb, daha sonra isə bıçaqlayıb.
Onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham elan olunub. Məhkəmənin hökmü ilə Z.Hüseynov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Telegram kanalımız