Arvadını uşaqlarının gözü qarşısında öldürdü - Məhkəmə başlayır

saytların hazırlanması

Evə çatdırılma

Arvadını uşaqlarının gözü qarşısında öldürdü - Məhkəmə başlayır

Kriminal

13 Yanvar 2022 16:16 696


Şamaxı rayonunda arvadını uşaqlarının gözü qarşısında öldürməkdə təqsirləndirilən Şakir Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayır.

Bu barədə Yenisabah.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2021-ci il oktyabrın 1-də rayon sakini Səkinə Cəfərovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin (CM)müvafiq maddəsi ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb. Pepperoni pizza

İstintaqla zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Ş.Cəfərovun şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı azyaşlı uşaqlarının gözü qarşısında təpik və yumruqla sağlamlığa ağır zərər vuran çoxsaylı bədən xəsarətləri yetirərək Səkinə Cəfərovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Ş.Cəfərova CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!