Arvadına şiddət göstərən polkovnik-leytenantı barədə aparılan araşdırma yekunlaşıb.
Yenisabah.az Oxu.az-a istinadla xəbər verir ki, Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ceyhun Hüseynov prokurorluq orqanlarından xaric edilib.
Bu ilin mart ayında C.Hüseynovun arvadı mediaya müraciət edərək dövlətin ərinə verdiyi silahı onun başına dirədiyini və "sənə xəyanət etmişəm" sözlərini dedirtdiyini bildirmişdi. pizza mizza
Qadın əlavə edib ki, C.Hüseynov onu zorla çöllük bir yerə aparıb, dəmir parçası ilə vurub. O, bir gün evdən qaça bilib.
Telegram kanalımız