Arvadının başını kəsən kişi ilə bağlı yeni xəbər

saytların hazırlanması

Evə çatdırılma

Arvadının başını kəsən kişi ilə bağlı yeni xəbər

Kriminal

27 Aprel 2019 14:11 1473


Zərdabda arvadını qətlə yetirməkdə təqsirli bilinən A. Astanov barəsində çıxarılan məhkəmə qərarından apelyasiya protesti verib.

Şirvan Apellyasiya Məhkəməsində hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokurorluğun verdiyi apelyasiya protestinə baxılıb. Məhkəmə təqsirləndirilən Astanov Aqşin Gülüş oğlu barəsində verilən apelyasiya protestini qismən təmin edib. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək azadlıqdan məhrumetmə cəzası 18 il 6 ay müddətinə qədər artırılıb.

Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqşin Astanov 18 il azdlıqdan məhrum edilib. pizza hut

Hadisə 2016- cı ilin oktyabr ayında Zərdab rayonunda baş verib. Rayonun Yarməmmədbağı kəndində 1983-cü il təvəllüdlü kənd sakini Aqşin Usub oğlu Astanov, həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüksanə Rüstəm qızı Atsanovanın başını kəsərək qətlə yetirib.

Rayondakı şəxsi təsərrüfatlardan birində çobanlıq edən Astanov ailə-məişət zəminində həyat yoldaşını qətlə yetirəndən sonra özü hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib. 

Qeyd edək ki, Aqşin Astanov Rüksanə Astanovadan əvvəl iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var. 

Milli.Az

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!