Arvadının şəkillərini paylaşdı: “Gəlinəm, 50 azn-ə...“ -   Azərbaycanda BİABIRÇI OLAY

saytların hazırlanması

Evə çatdırılma

Arvadının şəkillərini paylaşdı: “Gəlinəm, 50 azn-ə...“ - Azərbaycanda BİABIRÇI OLAY

Hadisə

15 İyun 2021 12:26 3731


Azərbaycanda biabırçı hadisə baş verib.

Yenisabah.az xəbər verir ki, Yalçın Paşayev adlı şəxs keçmiş həyat yoldaşının şəkillərini sosial şəbəkədə əxlaqsız qadın kimi təqdim edib.

Xəzər TV-yə müraciət edən qadın bildirib ki, əmisi oğlu Yalçınla 2009-cu ildə ailə qursa da evlilikləri cəmi 8 ay çəkib. Əkiz oğul övladları var. Boşandıqdan sonra bir dəfə də olsun aliment ala bilməyib. pizza

"Qardaşım mənə zəng elədi ki, "Odnaklassnik" i aç bax sənin yoldaşın səni rüsvay edib. Girib baxıram ki, uşağımla çəkdirdiyim şəkilləri ayırıb tək şəkillərimi paylaşıb. Mənim adımdan "Salam gəlinəm, boşanmışam. 50 azn-ə görüşürəm. İstəyən yaza bilər" - deyə yazıb.

Nömrələrimin hamısını bloka atıb, əlaqə saxlaya bilmirəm. Heç əmisi qızı deyiləm axı yoldaşı olmuşam. Övladlarım idmana gedə bilmir utandıqlarından. Mən ondan aliment istəyirəm o da məni şantaj edir bu yolla". - zərərçəkmiş qadın bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!