"Arzuolunan komandalar düşməsə də, daha güclüləri var idi" - Millimizin məşqçisi

saytların hazırlanması

Evə çatdırılma

"Arzuolunan komandalar düşməsə də, daha güclüləri var idi" - Millimizin məşqçisi

İdman

03 Mart 2020 22:17 424


"Qrupumuzu nə güclü, nə də zəif kimi dəyərləndirərdim". "Yeni Sabah" xəbər verir ki, bunu apasport.az saytına Azərbaycan millisinin məşqçisi Arif Əsədov UEFA Millətlər Liqasının 2020-21 mövsümünün püşkünü dəyərləndirərkən deyib. Əsədov Amsterdamda təşkil olunan püşkatma mərasimindən sonra millimizin C liqasında Lüksemburq, Kipr və Monteneqro ilə eyni qrupda qərarlaşmasına münasibət bildirib. Əsədov qrupu yığmamız üçün münasib adlandırıb: "Qrupdakı komandalar bərabər səviyyədədirlər. Hər birinin şansı var. Əlbəttə, arzuolunan komandalar düşməsə də, daha güclüləri var idi. Məsələn, Yunanıstan, Sloveniya və Kosovonu daha güclü komandalar saymaq olardı. Hesab edirəm ki, millimiz yer aldığı qrupda mübarizə apara və qarşıya qoyulan hədəfə çata bilər".
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!