“ASAN Xidmət“ növbəti dəfə jurnalistlərə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

“ASAN Xidmət“ növbəti dəfə jurnalistlərə müraciət etdi

Sosial

03 Aprel 2020 18:58 676


Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarına müraciət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

"Hörmətli KİV nümayəndələri, çoxsaylı müraciətlərinizi nəzərə alaraq bildiririk ki, xüsusi karantin rejimi müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarının xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir. Dominos pizza

Bir daha bildirmək istəyirik ki, bütün bu qərarlar ölkədə virus təhlükəsinin minimuma endirilməsi üçün qəbul edilir.

Bir daha vətəndaşlarımızdan zəruri olmadığı hallarda öz yaşayış yerlərini tərk etməməsi və xüsusi karantin vəziyyətini nəzərə alaraq sui-istifadə hallarına yol verməməsi xahiş olunur", - o vurğulayıb.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!