Bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən səhər saatlarından başlayaraq paytaxdakı 200-dən çox əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin xüsusi texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib. Müşahidələrə əsasən, demək mümkündür ki, əksər dezinfeksiya proses zamanı daha çox asfaltlara diqqət ayrılır. Məhəllələrin dezinfeksiya edilməsi isə nadir hallarda olur.
Maraqlıdır, bunun xüsusi bir səbəbi varmı? Məhəllələr niyə kütləvi dezinfeksiya olunmur?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən ölkənin baş infeksionisti Cəlal İsayev bildirib ki, ara məhəllələrin dezinfeksiya edilməyə bilər, çünki o edilsə, gərək bütün respublika dezinfeksiya olunsun:
“Asfalt dezinfeksiya olunan zaman təbii ki, səkilər də dezinfeksiya edilir. Əsas gediş-gəliş yeri asfaltdır, ona görə də daha çox oraya diqqət ayrılmalıdır. Qeyd edim ki, asfaltda virusun qalma ehtimalı zəif olsa da, var, ona görə də təmizlənməsi vacibdir. Biz oraya yükümüzü qoyub sonra götürürük, yaxud maşın təkəri asfaltda fırlanıb qarajda saxlanılır və s. Tədbirlər belə hallarda virus yayılmasın deyə görülür. Çünki dezinfeksiya nəticəsində yerdə olan viruslar yox olur. Görülən işlər göydən götürülmür, əsasları olur”. pizza sifarişi
Cəlal İsayevin qeyd edib ki, əgər hansısa məhəllədə toplaşma olarsa, ancaq o halda dezinfeksiya prosesi həyata keçirilməlidir:
“Amma hər yanı dezinfeksiya eləməzlər. Ətraf ərazidə iş yeri varsa, oraya da diqqət ayırmaq mümkündürvə adətən də belə olur. Məhəllənin dezinfeksiya edilməsi onun başbilənindən də asılıdır. Kooperativ yaradırlar, bu məsələ onun sədrinin təşəbbüsü rol oynayır. Məsələn, bizim yaşadığımız məhəlləni vaxtaşırı dezinfeksiya edirlər, liftlər 3 gündən bir silinir, həyət, qapılar dərmanlanır”.
Sayad Həsənli
Telegram kanalımız