Asim Mollazadənin dairəsində 4 məntəqənin nəticəsi ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

Asim Mollazadənin dairəsində 4 məntəqənin nəticəsi ləğv olundu

Siyasət

21 Fevral 2020 20:22 885


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 22 saylı Nəsimi ikinci seçki dairəsindən namizəd Vüqar Məmmədovun müraciətinə baxılıb. "Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib. O bildirib ki, müraciətdə həmin dairənin bir sıra seçki məntəqələrində səsvermə günü pozuntuların olduğu iddia olunub. Qeyd edilib ki, müraciət edən namizəd həmin dairə üzrə müxtəlif məntəqələrdə səsvermə günü pozuntuların olduğunu iddia edib. İclasda vurğulanıb ki, müraciət araşdırılıb və 22 saylı Nəsimi ikinci seçki dairəsinin yalnız 4 seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar müəyyənləşdirilib. Komissiya həmin dairənin 1, 11, 20 və 24 saylı seçki məntəqələrinin nəticələrinin ləğvi ilə bağlı qərar qəbul edib. /Report
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!