Aşıqlar canlı yayımda dalaşdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Aşıqlar canlı yayımda dalaşdı - Video

Şou

02 May 2024 15:04 755


Aşıq Telli Borçalı onun haqqında səsləndirdiyi fikirlərə görə həmkarı Zülfiyyə İbadovanın ünvanına sərt sözlər deyib.

Yenisabah.az xəbər verir ki, bu gün hər iki aşıq “Rəngarəng səhər” verilişində qonaq olub. Onların arasındakı qalmaqal daha da böyüyüb.

Zülfiyyə bildirib: “Telli xanım dünən efirdə deyir ki, mən Zülfiyyənin həyat yoldaşı Sakitə zəng etdim və ona söylədim ki, mən sizin restoranınızda sazımı qoymamışam. Amma sən Telli, ona demisən ki, Zülfiyyəyə de ki, ağzını bağlasın və danışa bilmirsə, danışmasın”. pizza mizza

Telli onun sözlərini təsdiqləyib:

“Sənin üçün fərqi olmaya bilər, amma mənim üçün fərq var. Sən mənim bir dəfə heç etibarsızlığımı görmüsən? Durduğum yerdə məni efirdə etibarsız bir insan kimi təqdim etmisən”.

Zülfiyyə onun fikirlərinə qarşılıq olaraq “Etibarsız” sözü ağırdır, yoxsa “Başından böyük yalan danışır?”, - deyə soruşub.

Telli isə “Bəli, nə tökərsən aşına, o da çıxar qaşığına. Sən o sözləri dedin. Nənəmin bir sözü var idi: “Demə, eşitmə!” Bu ssenarini sən özün başlatmısan, mən isə davam etdirirəm. Harada istəsən davam etdirməyə hazıram”, - cavabını verib.

Aşıqlar arasındakı söz davası bitmədiyi üçün proqram daha sonra reklam fasiləsinə ayrılıb. Tərəflər daha sonra barışıb. Telli veriliş aparıcılarına səslənərək məsələnin bitdiyini və bu haqda bir daha efirlərdə ona sual verilməməsini istəyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!