Aslan İsmayılov azərbaycanlı deputatı Paşinyanla müqayisə etdi

saytların hazırlanması

Evə çatdırılma

Aslan İsmayılov azərbaycanlı deputatı Paşinyanla müqayisə etdi

Siyasət

17 May 2020 21:36 1659


Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadə haqqında sərsəm fikirlər səsləndirib. Paşinyan Məhəmməd Əmin bəyi faşist Almaniyası ilə əməkdaşlıqda ittiham edib.

Yenisabah.az xəbər verir ki, tanınmış vəkil Aslan İsmayılov bu məsələyə münasibət bildirib:

"Bəziləri Paşinyanın M.Ə.Rəsulzadə ilə bağlı fikirlərinə çox əsəbiləşirlər. Mən isə tam əksini düşünürəm, çünki düşmən pisləyirsə deməli xalqı üçün müsbət Lider olub. Ən əsası isə bundan sonra M.Ə.Rəsulzadəyə ağız büzən deputat Naqif Həmzəyev kimilərini erməni Paşinyanla haqlı olaraq müqayisə etmək olar". pizza mizza

Qeyd edək ki, deputat Naqif Həmzəyev M.Ə.Rəsulzadə barədə xoşagəlməz fikirlər səsləndirmiş və bu cəmiyyət tərəfindən ciddi tənqid olunmuşdu. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!