Aslan İsmayılovla AXCP arasında qarşıdurma –   “3-4 yazılıq canı var...”

saytların hazırlanması

Evə çatdırılma

Aslan İsmayılovla AXCP arasında qarşıdurma – “3-4 yazılıq canı var...”

Siyasət

15 May 2019 08:48 1446


Tanınmış vəkil Aslan İsmayılovla AXCP arasında qarşıdurma yaranıb. 

“Yeni Sabah” xəbər verir ki, vəkilin partiya ilə bağlı ittihamlarına qarşı tərəfin cavabı gecikməyib. AXCP funksioneri Natiq Adilov A. İsmayılovun da nəhayət müxalifətə qarşı kampaniyaya qoşulduğunu qeyd edib. Müxalifətin 25 il ərzində heç bir islahata, dəyişikliyə nail ola bilməməklə bağlı ittihamlarına cavab verən N. Adilov deyib ki, A. İsmayılov öz aləmində məsuliyyəti hakimiyyətin üzərindən götürüb müxalifətin çiyninə qoyub

“Aslan İsmayılov bilmir ki, 25 ildə islahat aparmaq iqtidarın işi idi? Bilmir ki, 25 ildə yalnız oğrular və korrupsionerlər “nələrəsə” nail olub? Bütün dürüst adamlar isə bu ölkədə nələrinisə itirib? pizza sifarişi

Aslan bəy cavab verə bilərmi mənim sualıma: Özbəkistanda, Türkmənistanda da dəyişikliklərin qabağını Əli Kərimli ilə Cəmil Həsənli alıb? Bu şərtlər altında sivil üsullarla nələrsə etmək mümkün idisə, nəyə görə Vəkillər Kollegiyasındakı yerini mübarizə ilə geri ala bilməyib? Sizin məntiqlə özü-özünə vəkillik edə bilməyən birinin başqalarına vəkillik etmək fikrinə düşməyə haqqı varmı?

Hər seçkidən sonra elan edirdiz ki, seçildim, mandat almağıma imkan vermədilər. Niyə parlament seçkilərində qələbələrinizi heç vaxt rəsmiləşdirə bilmədiniz? Yalnız zorun hakim olduğu ölkədə belə əsassız qınaqlarla müxalifətə az da olsa zərbə vurmaqla rejimin işinə yaradığınız aydın deyilmi?

Aslan İsmayılov müxalifəti “bu günkü hakimiyyətin formalaşmasında müstəsna roluna” görə tənqid edib. Gülməyin, belə də yazıb. 1993-cü ilin iyun çevrilişi günlərində Heydər Əliyevi müdafiə etmək üçün dəridən –qabıqdan çıxan, Heydər Əliyevə görə Əliyev əleyhdarlarına olmazın sözünü deyən bir şəxs utanmadan müxalifəti indiki hakimiyyətin formalaşmasında roluna görə tənqid edir.

Tutaq ki, Əbülfəz Elçibəyin Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməsini başqa cür yozdun. Hərçənd, rəhmətlik sağlığında bu dəvəti yetərincə izah edib. Çevrilişçilərə qarşı Heydər Əliyevlə koalisiya qurmaq istədiyini, prezidentlik vəzifəsini isə qətiyyən ona vermək istəmədiyini dönə-dönə izah edib. Axı o zaman 1-2 ay öncə dövlət katibi təyin olunmuş Əli Kərimlinin Heydər Əliyevin Bakıya dəvət olunmasına qarşı olduğunu bütün vicdanlı adamlar bilir axı. Bütün bunları bilə-bilə məlumatsız gəncləri çaşdırmaq, müxalifətə şər atmaq 60 yaşlı bir adama heç yaraşmaz.

Yaş demişkən, necə olur ki, siz öz 60 yaşınızda hamıya dərs keçmək, hər şeyi hamıdan yaxşı bilmək iddiasına düşürsüz, ancaq sizdən 7-8 il cavan Əli Kərimlinin artıq vaxtının keçdiyini elan edirsiz? Bilirsiz ki, sizin istiqamət verdiyiniz “yeni qüvvələrin” əksəriyyəti elə Əli Kərimli ilə eyni nəslin adamlarıdır. Onlar vaxtında tələbə hərəkatı lideri ola bilmədiklərindən, xalq hərəkartında iştirak etmədiklərindən, ömürlərini Əliyevlərlə mübarizədə çürütmədiklərindən “yeni”, “gənc” qalıblar?

Aslan bəy, sizi danışdıran təkcə yaxın olduğunuz klan deyil. Həm də sizin şəxsi paxıllığınızdır. Sizin siyasi lider olmaq arzunuz olub, bacarmamısınız, bacaranlara paxıllıqdan düşmən kəsilmisiniz. Sizin yaxşı hüquqşünas olmaq arzunuz olub, alınmayıb, bəli, siz “iş görən” vəkil ola bilmisiniz, ancaq hüquq əhli sizi heç vaxt yaxşı hüquqşünas saymayıb, ona görə də ölkənin bütün peşəkar hüquqşünaslarına düşmən kəsilmisiniz.

Sizin hörmətli ziyalı olmaq arzunuz olub, ancaq yetərincə müdrük, alicənab ola bilmədiyinizdən bu da sizdə alınmayıb. Hörmətli ziyalılarla yola getməməyiniz də burdan doğur.

Ancaq sosial şəbəkə fəalı, bloqçu olmaq sizdə alınıb, sosial mövzuları yaxşı işləyirsiniz. Sizin Onkoloji mərkəzlə, AZAL-la apardığınız mübarizəni hətta mən də dəstəkləyirəm. Hərçənd ki, AZAL-la mübarizənin də, Onkoloji mərkəzlə mübarizənin də arxasındakı motivin hakimiyyət daxilindəki klanlardan birinin digərini vurması olduğunu hamımız bilirik, ancaq həmin rüşvət yuvalarını vurun, sizinki belə xırda işlərdir. Siyasət, başqalarına yol göstərmək isə sizdə alınmaz. Boşuna cəhd etməyin. Siyasətdə uğur qazanmanın 1-ci şərti müstəqillikdir. Siz isə müstəqil deyilsiz. Hətta Əli Həsənovla davanız da öz təşəbbüsünüz deyil. Çox şükürlər olsun ki, xalqımız ayıq və məlumatlıdır. Reklamla böyütdüyünüz səhifəyə də çox güvənməyin. Hökumətin əlində bir milyon və daha çox adamın bəyəndiyi səhifələr də var. Nə edə bilirlər? Sizin o böyük səhifənin də 3-4 yazılıq canı var. Mənim yazıma görə üzv olduğum partiyanı və Milli Şuranı da şantaj etməyin. Bu dəfə pis ilişmisiz. Sizə söz verirəm, lazım olsa, hətta partiyadan, Milli Şuradan da çıxaram, ancaq siz müxalifəti gözdən salmaqdan əl çəkib, sosial mövzularınıza qayıtmayınca, mən də bildiklərimi xalqımızla bölüşməkdə davam edəcəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!