AŞPA prezidenti Milli Məclis Sədrinin müraciətinə cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

AŞPA prezidenti Milli Məclis Sədrinin müraciətinə cavab verdi

Siyasət

17 İyul 2020 20:11 904


Avropa Şurası Parlament Assambleyasının prezident Rik Daems Milli Məclisin sədri Sahibə Qafarovanın  Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi ilə bağlı müraciət məktubuna cavab göndərib.

Milli Məclisədən Yenisabah.az-a verilən məlumata görə, AŞPA prezidenti bildirib ki, bu məsələ AŞPA-nın müvafiq komitələrinin diqqətinə çatdırılıb. O, komitələrin yaranmış vəziyyəti yaxından izlədiyinə inandığını bildirib. 

AŞPA prezidenti Rik Daemsin Milli Məclisin Sədri Sahibə Qafarovaya ünvanladığı məktubunda bildirilir ki, AŞPA tərəfləri gərginlik yaradan və və münaqişəni dərinləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırır.  pizza hut

AŞPA prezidentinin məktubunda daha sonra qeyd edilir: "Tərəfləri ATƏT-in Minsk Qrupu həmsədrləri ilə əməkdaşlığa davam etməyə, münaqişənin sülh yolu ilə həllini tapmağa, mülki şəxslərin təhlükəsizliyini və müdafiəsini təmin etməyə çağırıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!