Aşqabadda imzalanan qaz sazişinin icrasına başlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Aşqabadda imzalanan qaz sazişinin icrasına başlanılıb

İqtisadiyyat

04 Yanvar 2022 21:53 899


"Yanvarın 3-dən Türkmənistan, İran və Azərbaycanın qaz mübadiləsi çərçivəsində gündəlik 4.5 milyon kubmetr qaz almağa başlamışıq".

Modern.az xəbər verir ki, bunu İranın neft naziri Cavad Oci deyib. O bildirib ki, İran, Azərbaycan və Türkmənistan prezidentlərinin Aşqabadda imzaladığı qaz mübadiləsi sazişinin icrasına başlanılıb. "Biz gündəlik 4.5 milyon kubmetr qazı ölkənin şərqində təhvil alır və o miqdarda qazı İranın şimal-şərqində Azərbaycana təhvil veririk” – deyə nazir bildirib.

Nazir əlavə edib ki, mübadilə olunan qazın həcmi İranın şimal-şərqində istifadə üçün qaz şəbəkəsində təzyiqi və dayanıqlılığı gücləndirib. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!