Astarada 6 yaşlı uşaq qızılcadan öldü

saytların hazırlanması

Evə çatdırılma

Astarada 6 yaşlı uşaq qızılcadan öldü

Hadisə

08 Fevral 2024 17:10 438


Astarada 6 yaşlı uşaq qızılcadan ölüb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, xəstə Y.Ə.-ni fevralın 5-də saat 10:17 radələrində valideynləri xəstəxanaya gətirilib.

Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru Oktay Əmənullayev bildirib: Pepperoni pizza

“Müvafiq həkimlər tərəfindən xəstə müayinə olunub və ona qızılca diaqnozu qoyulub. Vəziyyəti ağır olmadığına görə ambulator müalicəyə göndərilib. Həkim nəzarətində saxlanılması məsləhət görülüb. 7 fevral tarixində Astara Rayon Mərkəzi Xəstəxanasına müraciət edilib və orada ona bədən hərarəti yuxarı olduğuna görə yardım göstərilib, infuziya da olunub. Vəziyyəti stabilləşəndən sonra evə göndərilib. Bu gün səhər saatlarında ailə üzvləri tərəfindən təcili yardıma çağırış olunub. Təcili yardım onların evinə gedərkən, yolda həmən xəstənin gətirilməsini görüblər və maşında təcili yardım həkimləri xəstəni müayinə ediblər. Onun həkimə qədərki ölüm faktı qeydə alınıb".

Mərhum Astara rayonunun Maşxan kənd sakini, 2018-ci il təvəllüdlü olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!