Astarada altıotaqlı ev yanaraq kül oldu

saytların hazırlanması

Evə çatdırılma

Astarada altıotaqlı ev yanaraq kül oldu

Hadisə

17 Aprel 2024 19:56 451


Astarada altıotaqlı ev yanaraq külə dönüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın rayonun dağlıq ərazisində, Marzəsə kəndində baş verib, Maarif Mütəllim oğlu Babayevə məxsus fərdi yaşayış evi yanıb. Dominos pizza

FHN Astara Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları yol olmadığından hadisə yerinə çata bilməyiblər. Nəticədə iki mərtəbəli altıotaqlı yaşayış evi bütünlüklə yanıb.

Yanğının səbəbi araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!