Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Astara rayonu ərazisində icazəsiz ov edən şəxsləri saxlayıb və onların ov tüfəngləri müsadirə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, araşdırma zamanı ov edənlərin Astara rayon sakinləri Ramin Əliyev, Xəyalət Hüseynov və Ramin Nuriyev olduğu məlum olub.
Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub və hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə edilib. pizza mizza
Telegram kanalımız