Astarada narkoman sürücü həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Astarada narkoman sürücü həbs edildi

Hadisə

19 Oktyabr 2024 09:13 450


Avtomobili narkotik vasitənin təsiri altında idarə edən Astara sakini həbs edilib.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozan sürücü Hacımurad Yusifovdur.

Avtomobili etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan idarə edən həmin şəxsin narkotik vasitə istifadə etdiyinə şübhə yarandığı üçün müvafiq müayinədən keçirilməsi təmin edilib. Nəticədə onun narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib və barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Toyuqlu pizza

Məhkəmənin qərarı ilə H.Yusifov 15 gün müddətində inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!