Astarada qatar yoluna çıxan piyadanın ayağı amputasiya olundu

saytların hazırlanması

Evə çatdırılma

Astarada qatar yoluna çıxan piyadanın ayağı amputasiya olundu

Hadisə

07 Dekabr 2024 14:12 855


Astarada qatarın vurduğu piyadanın son durumu açıqlanıb.

Lənkəran rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev APA-ya açıqlamasında bildirilib ki, bu gün saat 03:25-də Astara rayonu Böyük Şahağacı kəndində baş vermiş hadisə nəticəsində bir nəfər (kişi cinsli) sağ ayağın topuq nahiyəsinin amputasiyası, sol ayaq barmaqlarının travmatik amputasiyası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə hospitalizasiya olunub.

Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib, vəziyyətinə uyğun olaraq dərhal cərrahi əməliyyata alınıb, hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. pizza mizza

Vəziyyəti ağır qiymətləndirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!