Astarada qısa müddət əvvəl ürək əməliyyatı keçirmiş kişi çimərlikdə öldü

saytların hazırlanması

Evə çatdırılma

Astarada qısa müddət əvvəl ürək əməliyyatı keçirmiş kişi çimərlikdə öldü

Hadisə

12 Avqust 2023 21:17 1080


Astarada 63 yaşlı kişi çimərlikdə ölüb.

“Report”un məlumatına görə, hadisə Astara rayonunun Şahağacı kəndi ərazisindəki çimərlikdə baş verib.

Belə ki, 1960-cı il təvəllüdlü Masallı rayonu, Ərkivan qəsəbə sakini Məhərrəm Cəmil oğlu Əliyev sahil zolağında dincələrkən qəfildən halı pisləşib. Ətrafdakılar ona yardım etməyə çalışsalar da, həyatını xilas edə bilməyiblər. pizza

Yaxınlarının sözlərinə görə, C.Əliyev bir qədər əvvəl ürək əməliyyatı olunubmuş.

Meyit müayinə olunmaq üçün təcili yardım avtomobili ilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!