Astaranın Şümrüd kəndində ötən ildən başlayan torpaq sürüşməsi son yağan yağışlardan sonra daha da aktivləşib.
Yenisabah.az xəbər verir ki, bu barədə Astara rayon İcra Hakimiyyətindən bildiriblər.
Qeyd olunub ki, torpaq sürüşməsi səbəbindən ərazidə yaşayan 18 ailədən 9-u artıq köçürülüb: pizza sifarişi
“Sürüşmə təqribən ötən ilin payız aylarından başlayıb və son günlər daha da aktivləşməyə doğru gedir. Təhlükəli əraziyə yaxın olan 9 ailə artıq köçürülb və RİH tərəfindən hər birinə 4 ayılıq 400 manat ayrılıb. Sürüşmə bu zonada daha əvvələr də baş verirdi, sadəcə o vaxtlar yaşayış olmayan yerlər idi”.
RİH-dən əlavə edilib ki, hadisə ilə bağlı Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə məlumat verilib: “Onlar hadisə yarinə də baxış keçiriblər”. (Trend)
Telegram kanalımız