Astarada üç nəfərdə sənədləri olmayan ov tüfəngləri aşkar edildi

saytların hazırlanması

Evə çatdırılma

Astarada üç nəfərdə sənədləri olmayan ov tüfəngləri aşkar edildi

Hadisə

03 Sentyabr 2023 16:45 398


Astarada qanunsuz olaraq odlu silah saxlama və yerin təkindən istifadə faktları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində üç nəfər rayon sakinində müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri aşkar edilib.

Həmin faktlarla bağlı qanunamüvafiq tədbirlər görülməklə silahlar aidiyəti üzrə təhvil verilib. Pepperoni pizza

Bundan əlavə, şöbə əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə keçirdikləri tədbirlər zamanı Xəzər dənizinin rayon ərazisindəki sahil zonasından qanunsuz qum daşınması ilə bağlı iki fakt aşkarlanıb və həmin hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228-ci (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsilə inzibati qaydada protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!