İsmayıllı rayonunun Xanagah kəndindəki meşəlik ərazidə at və uzunqulaq leşləri aşkar edilib.
Yenisabah.az Xəzər TV-yə istinadla xəbər verir ki, leş və sümüklər 4-5 metr dərinliyi olan xəndəyə atılıb.
İddia edilir ki, həmin heyvanlar kəsilərək mal əti adı altında satılır.
Şamaxı Regional Meşə Təsərrüfat Mərkəzindən "Xəzər Xəbər"ə verilən məlumata görə, əraziyə baxış keçirilib. Hadisəni törədən şəxslərin aşkar olunması üçün İsmayıllı rayon Polis Şöbəsinə müraciət edilib.
Həmin şəxslər müəyyən edildikdən sonra sərt tədbirlər görüləcək.
Telegram kanalımız