Ata Abdullayevdən xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Ata Abdullayevdən xəbər var

Kriminal

27 Sentyabr 2021 19:03 2321


Bloqer Ata Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

İstintaq materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib. Toyuqlu pizza

Cinayət işi üzrə 4 nəfər - Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahmar Şahlar oğlu zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.

O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib.

Barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!