Ata Abdullayevə görə yenidən polisə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Ata Abdullayevə görə yenidən polisə çağırıldı

Kriminal

13 Aprel 2020 12:00 1181


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Təzəxan MirələmliXətai Rayon Polis İdarəsinə çağırılıb. 

Bu barədə Yenisabah.az-a Təzəxan Mirələmlinin özü məlumat verib. Onun sözlərinə görə, polisə çağırılmasının səbəbi fevralın 26-da özünü bloqqer kimi təqdim edən Ata Abdullayevlə arasında baş verən insidentə görədir. 

Ata Abdullayev bununla bağlı şikayət edib və faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb. “Artıq bu dəfə yeni müstəntiq idi ( bu işdə artıq iki təhqiqatçı, iki müstəntiq olur). Bildirdi ki, müqavilə ilə vəkilim varsa onunla gəlim. Yəqin təqsirləndirilən şəxs qismində cəlb edirlər”, - deyə Təzəxan Mirələmli bildrib. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!