Valideynlə yaşayan gənc ailələr sosial yardım ala bilər? - “Hamının...”

saytların hazırlanması

Evə çatdırılma

Valideynlə yaşayan gənc ailələr sosial yardım ala bilər? - “Hamının...”

Sosial

08 İyul 2025 12:30 19809


“Deyək ki, ailə 3 nəfərdən ibarətdir: ata, ana və 1 azyaşlı uşaq. Əgər uşaq 8 yaşına çatmayıbsa, ailədə yetkinlik yaşına çatmış 1 nəfər uşaq baxdığı üçün işləməyə bilər. Sırf həmin uşağa qulluq etmək üçün. Digər ailə üzvlərinin isə rəsmi iş yeri olmalıdır. Ya əmək müqaviləsi ilə işləməli, yaxud sahibkar kimi VÖEN-i olmalıdır ki, sistem gəlirlərini müəyyən edə bilsin”.

Bu sözləri "Yeni Sabah"a hüquqşünas Aqşin İsgəndərzadə deyib.

O bildirib ki, əgər ailə valideynlərlə bir evdə yaşayırsa, bu birgə təsərrüfat hesab olunur: Dördpendirli pizza

“Yəni onların fərqli ailə olmasının heç bir fərq yaratmır. Birgə yaşayırlarsa, birgə təsərrüfat hesab olunacaqlar. Bu, ailə tərkibində də göstərilməlidir.

Ünvanlı sosial yardımın verilməsi üçün ailədə yetkinlik yaşına çatmış hamının rəsmi iş yeri olmalıdır. Əgər işləyən qeyri-rəsmi, yəni günəmuzd  çalışırsa, həmin ailəyə ünvanlı sosial yardımın verilməsi ilə bağlı müraciətə imtina gələcək. Çünki sistem gəlirləri müəyyən edə bilmir, əmək qabiliyyətli şəxslərdən üzrlü səbəb yoxdursa, yetkinlik yaşına çatmış hər bir ailə üzvü işləməlidir

Hüquqşünas vurğulayıb: "Dövlət ünvanlı sosial yardım verir ki, ailənin gəlirləri təsdiq edilmiş yaşayış minimumuna çatsın. Ailə çalışır, əlindən gələni edir, amma yenə də minimum dolanışıq xərclərini ödəməkdə gücsüdür. Dövlət onların minimum dolanışıq xərclərini ödəmək üçün ünvanlı sosial yardım verir. Əgər işləməsələr, bu gələcəkdə sui-istifadə hallarına gətirib çıxarar.

Ailə qeydiyyatda olduğu evdə deyil, başqa bir ünvanda kirayədə yaşayırsa, ata və ananın təqaüd alması sosial yardımın verilməsində problem yaratmır . Hətta birlikdə yaşasalar belə, əgər ümumi gəlirlərinin cəmi ailə üzvlərinin sayına bölündüyü zaman yaşayış minimumundan azdırsa, bu halda ünvanlı dövlət sosial yardımı verilir".

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nicat
    salam . Aile qeydiyyatda olduğu evde deyil başqa ünvanda ata ana ile birlikdə yaşayırsa, ve ata pensiya alirsa, ana işləyirse ve hetta xanım işləyirse ve xanımın yoldaşı işləmirse ve 2 uşağı olan ailəye bele bir ailəyə sosial yardım düşürmü??
    4 months ago
  • Rena
    Salam. Biz anamla birge yawayirig..Anam təgaüd alir. 2 oglum var 11ve 16 yawlarda. Evdə heckəs iwləmir. Bizë sosial yardim düwür?
    10 months ago
  • Anar
    Salam Atamın bir evi var üç qardaşıq bilmusuk hər şeyimiz ayrıdı qaz su işıqdan başqa bizə düşür sosial yardım ?
    10 months ago
  • Natiq
    Salam.biz atam anamla yaşayırıq,atam təqaüd alır anam yox,özüm sürücü işləyirəm 3 uşağım var bala oğlum 4 yaşı var.bizə sosial yardım düşür?
    10 months ago