Ata maşını aşırdı - 9 yaşlı oğlu öldü

saytların hazırlanması

Evə çatdırılma

Ata maşını aşırdı - 9 yaşlı oğlu öldü

Hadisə

13 Noyabr 2023 10:00 1045


İmişli rayonunda ağır yol qəzası baş verib. 

Yenisabah.az xəbər verir ki, hadisə İmişli-Kürdəmir avtomobil yolunun Məmmədli kəndindən keçən hissəsində qeydə alınıb. 

İlkin məlumata görə, Coşqun Tağıyev sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2107 markalı avtomobillə əks yola çıxaraq ötmə əməliyyatı edib. Bu vaxt o, idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə sürücü C.Tağıyev və avtomobildə olan ailə üzvləri - 1976-cı il təvəllüdlü İnci Tağıyeva, 2009-cu il təvəllüdlü Rəqsanə Tağıyeva və oğlu, 2014-cü il təvəllüdlü Fəxri Tağızadə xəsarət alıblar.  pizza

F.Tağızadə aldığı xəsarətlərdən İmişli Rayon Mərkəzi Xəstəxanasında ölüb. 

Faktla bağlı istintaq aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!