Ata oğlunun evini yandırdı - Sumqayıtda

saytların hazırlanması

Evə çatdırılma

Ata oğlunun evini yandırdı - Sumqayıtda

Hadisə

01 Avqust 2021 19:24 1200


Sumqayıtda ata oğlu və gəlininin yaşadığı evi yandırıb. Hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Yenisabah.az AzərTAc-a istinadən xəbər verir ki, məişət zəminində düşən mübahisə zamanı 63 yaşlı Ağabaxış Abdiyev oğlu Nizami Abdiyev və gəlini Aygül Abdiyevanın yaşadığı həyət evini yandırıb.

Əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb. Hadisə nəticəsində evin çox hissəsi yanaraq yararsız hala düşüb. Ailə qonşulara sığınıb. Ağabaxış Abdıyev oğlunun onu evdən qovduğunu deyərək əməlinə haqq qazandırmağa çalışıb. pizza sifarişi

Hadisədən sonra mənzildə qalanların izahatları alınıb. Ağabaxış Abdıyevin spirtli içki aludəçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ev artıq son iki ildə ikinci dəfədir yandırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!