Ata oğlunun məzarı üstündə niyə intihar edib?   - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Ata oğlunun məzarı üstündə niyə intihar edib? - TƏFƏRRÜAT

Hadisə

12 May 2023 10:21 1130


Ötən gün Astarada intihar hadisəsi baş verib. Rayon sakini 1960-cı il təvəllüdlü İsbət Əliyev Həsin kəndində yerləşən qəbiristanlıqda oğlu Əfqan Əliyevin məzarının yaxınlığında yerləşən ağacdan özünü asaraq öldürüb. 

Modern.az-ın əldə etdiyi məlumata görə, İsbat Əliyevin oğlu Ə.Əliyev keçən ilin noyabr ayında avtomobil qəzasına düşərək, faciəvi şəkildə həyatının itirib. 

Övladının ölümündən sonra özünə qapanan İ.Əliyev yaxınları ilə söhbətində yaşamaq istəmədiyini bildirib.  Sezar pizza

"İsbət Əliyev oğlunun vəfatından sonra yaşamağı özünə ar bildiyini, övladından yadigar qalan 2 oğlan nəvəsini görəndə vicdan əzabı çəkdiyini, ölmək istədiyini söyləyirdi", - mərhumun həmkəndliləri deyib. 

İsbət Əliyev Şağlazüzə kənd məktəbində gözətçi işləyib. Onun 2 oğlu, 3 qızı olub. Övladlarından biri yol qəzasında dünyasını dəyişib. 

Hazırda intihar faktı ilə bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!