“Ata olmaq istəmirdim, Xoşqədəm razı saldı”

saytların hazırlanması

Evə çatdırılma

“Ata olmaq istəmirdim, Xoşqədəm razı saldı”

Şou

02 Sentyabr 2020 19:52 1408


Müğənni Doğuş və aparıcı xanımı Xoşqədəm Hidayətqızı İstanbulda görüntülənib.

Yenisabah.az xəbər verir ki, gəzinti zamanı Türkiyə KİV-nə açıqlama verən Doğuş iyun ayında təqdim etdiyi "5-li" albomu barədə danışıb:

"Albom uğurlu oldu. Pandemiya olmasına baxmayaraq, gözəl təkliflər gəlir. Sentyabrın sonunadək 6 dəfə səhnəyə çıxacam. Bu il çox tətil etmədik. Ona görə də indi ailəmlə hava almağa çıxmışıq". pizza hut

Doğuş uşaqları çox sevdiyini, lakin bir zaman ata olmaq istəmədiyini deyib. O, X. Hidayətqızı sayəsində fikrindən daşındığını söyləyib: "Bu iyrənc dünyaya övlad gətirmək çətin bir iş idi. Şükürlər olsun ki, aslan kimi bir xanımım var. O, məni razı saldı". 

Sənətçi bir neçə gün sonra Azərbaycana qayıdacaqlarını da qeyd edib.  /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!