Atakule qülləsi yenidən bayrağımızın rənglərilə işıqlandırıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Atakule qülləsi yenidən bayrağımızın rənglərilə işıqlandırıldı - Fotolar

Rəsmi

29 May 2021 00:56 1375


Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. İşıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub.

Yenisabah.az “Azərtac”a istinadən xəbər verir ki, Atakule üstündəki işıq-şou 28 May – Respublika Günü münasibətilə təşkil olunub. Rəngli tabloda yazılan “Azərbaycanın milli günü mübarək olsun!” ifadəsi qüllədə davamlı olaraq “hərəkət edir”.

Qeyd edək ki, milli təqvimimizə aid mühüm günlərdə Atakulenin Azərbaycana dəstək və həmrəylik nümayişi məqsədilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılması ənənə halını alıb. Dominos pizza

İşıq-şou yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!