Atalara 14 günlük məzuniyyət hüququ veriləcək? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Atalara 14 günlük məzuniyyət hüququ veriləcək? - Açıqlama

Sosial

28 May 2025 01:54 466


“Atalara ödənişli 14 günlük məzuniyyət verilməsi ədalətli və ailədaxili razılaşma baxımından faydalıdır, lakin ənənəvi kişi mərkəzli cəmiyyətimizdə bu hüququn geniş tətbiqi hələ real görünmür”.

Yenisabah.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə sosioloq Üzeyir Şəfiyev danışıb.

Onun sözlərinə görə, əvvəlcə bu məzuniyyət yalnız analara şamil olunurdu, indi isə ataların da istifadəsi təklif edilir: Marqarita pizza

“Əgər ailədə razılaşma varsa, ataya məzuniyyət verilməsi ədalətlidir və uşağın tərbiyəsində atanın iştirakını artırır. Lakin cəmiyyətimizdə kişilər əsasən çöl işi ilə, qadınlar isə ev və uşaq baxımı ilə məşğul olur, bu da dəyişikliklərin yayılmasını çətinləşdirir. Avropada ataların məzuniyyətə çıxması geniş yayılıb, amma Azərbaycanda bu praktikanın yaxın vaxtlarda geniş tətbiqi gözlənilmir. Ümumilikdə, bu dəyişiklik müsbət və məntiqlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!