Atambayev azad edildi: Parlament binası yandırıldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Atambayev azad edildi: Parlament binası yandırıldı - Video

Dünya

06 Oktyabr 2020 07:29 1701


Bişkekdə etirazçıların tutduğu parlament binasında yanğın başlayıb. “Yeni Sabah” bildirir ki, binanın dördüncü mərtəbəsi alova bürünüb.  Nümayişçilərin sözlərinə görə, naməlum şəxs qəsdən binaya od vurub. 

Etirazçılar jurnalistlərdən hadisə yerinə yanğınsöndürənləri çağırmağı istəyiblər.  

Bişkekdə etirazçılar Dövlət Təhlükəsizlik Xidmətinin binasına daxil olublar.  Nümayişçilər həbsdə olan sabiq prezident Almazbek Atambayevi azad ediblər.  Toyuqlu pizza

Qırğızıstanın paytaxtı Bişkekdə etirazçılar prezident administrasiyasının da yerləşdiyi parlament binasını nəzarətə götürüblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə iki saat davam edən qarşıdurmadan sonra bir qrup nümayişçi hasarlanmış parlament binasına daxil olmağa müvəffəq olublar. Qeyd olunur ki, etirazçıların hücum etdiyi binada prezident administrasiyası əməkdaşlarından və parlamentarilərdən heç kim olmayıb.

Həmçinin nümayişçilər sabiq baş nazir Sapar İsakovu da həbsxanadan azad ediblər.  Qeyd edək ki, 2017-2018-ci ildə Qırğızıstanda hökumət başçısı olan İsakov Moldovanka kəndindəki həbsxanada saxlanılırdı.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!